SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı metrosunda intihara cəhd hadisəsi baş verib.

BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, martın 26-da "Qara Qarayev" metrostansiyasında yaşlı qadın özünü qatarın altına atmaq istəyib.

Qazax rayon sakini 1958-ci il təvəllüdlü Şirinova Məleykə Məhəbbət qızı saat 11:30 radələrində özünü qatarın altına atmaq istəyib. 58 yaşlı qadın qatarın ön şüşəsinə dəyib. Xoşbətlikdən o dəmir relslərinin üstünə düşməyib. Bədən xəsarətləri alan qadın xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS