SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı polisinə 8 yaşlı qızın ögey atası tərəfindən zorlanması ilə bağlı şikayət daxil olub.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Maştağa qəsəbəsində baş verib.

Bu barədə, Xanlar küçəsində yaşayan 40 yaşlı K.T polisə müraciət edərək məlumat verib. O bildirib ki, yaşadığı evdə əri onun azyaşlı qızına qarşı təcavüz edib.

K.T deyib ki, həyat yoldaşı olan Pakistan vətəndaşı, 36 yaşlı M.T.B qızı 8 yaşlı Aynurla (şərti) qeyri-təbii yolla cinsi əlaqədə olub.

Araşdırma aparılır.
 
BAKU.WS