SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ötən gecə Bakının Sabunçu rayonunda baş verən yol qəzası zamanı ölən və yaralananların kimliyi məlum olub. BAKU.WS-in məlumatına görə, Bilgəh-Nardaran yolunda baş verən zəncirvari yol qəzasında "Range Rover” markalı 90 KX 010 nömrə nişanlı avtomobildə olan sərnişinlər ağır yaralanıblar.

 

Maşında olan iki azyaşlı əkiz bacılar Xədicə və Zəhra Hüseynəli və onların qardaşı 11 yaşlı Hüseyn Hüseynəli, eləcə də digər sərnişin Ziya Zahidov, 3 saylı Sabunçu rayon Xəstəxanasına göndəriliblər.


Həkimlərin səyinə baxmayaraq Hüseyn Hüseynəlinin həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxananın baş həkimi Fikrət Zeynalovun BAKU.WS-ə verdiyi məlumata görə, digər yaralılara ilkin tibbi yardım göstərilib. Onların həyatını xilas etmək mümkün olub. Lakin uşaqların yaxınlarının təkidilə onlar Kliniki Tibbi Mərkəzə köçürülüblər.

Qəza zamanı "Zaparojets” markalı avtomobilin sürücüsü 1959-cu il təvəllüdlü Ağabala Baba oğlu Hüseynov isə yanaraq ölüb.

Baş verən dəhşətli qəzadan sonra "Range Rover”in sürücüsü hadisə yerindən qaçıb. Qəza zamanı dünyasını dəyişən digər sərnişinlərin kimliyi isə hələlik müəyyən edilməyib.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

Qeyd edək ki, baş verən yol qəzası barədə ilk dəfə BAKU.WS məlumat vermişdi. http://az.baku.ws/incident/81-1bakda-dhtli-yol-qzas-surucu-manda-yand-video.html

Ziya Səccad
BAKU.WS