VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakıda dəhşətli cinayət hadisəsi baş verib.


BAKU.WS
-in məlumatına görə, Xəzər rayon Prokurorluğundan APA-ya bildirilib ki, hadisə Pirallahı rayonunda qeydə alınıb.


Rayon sakinləri - 1928-ci il təvəllüdlü Hacı Əmirov və onun həyat yoldaşı, 1933-cü il təvəllüdlü Sona Əmirovanın meyitləri yaşadıqları evdə aşkar edilib.


Meyitlərə baxış keçirilərkən qadının üzərində zorakılıq əlamətləri aşkar edilib. Hadisənin baş vermə səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin edilib.


Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.


BAKU.WS