SİZİN REKLAM BURADA!
055 213 76 73



Mingəçevirdə polis şöbəsində ölüm hadisəsilə bağlı bir polis əməkdaşı həbs edilib.


Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun BAKU.WS-ə verdiyi məlumata görə, Mingəçevir şəhər polis şöbəsinin sabiq əməliyyat müvəkkili, polis baş-leytenantı Şahlar Şahlarzadə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, avqustun 20-də Mingəçevrdə Bəhruz Hacıyev anrkotik vasitələrdən istifadə etməkdə şübhəli bilinərək bölməyə gətirilib. Dindirilmə zamanı o, özünü 3-cü mrətəbədən ataraq intihar edib.


Ziya Səccad
BAKU.WS