VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dünən axşam saat 21 radələrində Bakının Suraxanı rayonunda bir kişi intihar məqsədilə doqquzmərtəbəli yaşayış binasının damına çıxıb.


Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsində BAKU.WS-ə verilən məlumata görə, hadisə barədə məlumat daxil olan kimi hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər dərhal hadisə yerinə gediblər.

İntihar etmək istəyənlə danışıqlar zamanı məlum olub ki, həmin şəxs 22 yaşlı Elçin Bağırovdur. Xilasedicilər tərəfindən Elçin Bağırovla psixoloji söhbət aparılıb. Söhbət zamanı kişi deyib ki, özünü tənha hiss etdiyi üçün intihar etmək istəyir. Elçin Bağırov həyat yoldaşından ayrılıb və bu ayrılığa dözmədiyi üçün ölüm yolunu seçib. Psixoloji danışıqlar nəticədə intihara cəhdin qarşısı alınıb.


Əməliyyat saat 22:52-də başa çatıb.

Ziya Səccad
BAKU.WS