SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 16 mərtəbəli binada lift ikinci mərtəbədə qırılıb və şaxtaya düşüb.

BAKU.WS-in məlumatına görə, hadisə baş verən zaman liftdə 6 nəfər olub. Hadisə nəticəsində 4 nəfər ağır yaralanıb. İlk olaraq hadisə yerinə gələn bina sakinlərindən Fərid Məmmədov yaralıları liftin içərisindən çıxarıb.

Binaya təcili yardım, xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS