SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Türkiyədə Azərbaycan dövlət nömrə nişanlı avtomobil qəzaya uğrayıb.
 
BAKU.WS-in məlumatına görə, hadisə Çorumun Osmancık bölgəsində baş verib. Avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə yoldan çıxaraq səkiyə çırpılıb. Qəza nəticəsində 1-i körpə, 2-si uşaq olmaqla 5 nəfər yaralanıb.

Azərbaycan dövlət nömrə nişanlı avtomobil İstanbuldan Samsun istiqamətinə gedərkən qəza baş verib. Hadisə zamanı yaralanan şəxslərin adları da məlum olub: Bülent Yiğit (47) Züleyha Yiğit (39), Berfin Yiğit (15), Berrak Yiğit (11) ilə Zilal Yiğit (3) yaralandı.
 
Yaralılar hadisə yerinə gələn təcili tibbi yardımlarla Osmancık Dövlət Xəstəxanasına aparılıb. Qəzada yaralanan şəxslrin vəziyyətinin yaxşı olduğu bildirilib.
 
Faktla əlaqədar olaraq istintaq başlayıb. 
 
ŞAHİN Həbibov
BAKU.WS