VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Xətai Rayon Polis İdarəsinin əməkdaşları azyaşlıya qarşı seksual xarakterli cinayət faktının üstünü açıblar.

BAKU.WS
-in məlumatına görə, bu barədə haqqın.az saytına adıçəkilən polis idarəsindən bildirilib.

Məlumata görə, 15 yaşlı K.R (qızın ad və soyadı etik normalara görə dəyişdirlib) bir ay imiş 34-cü polis bölməsinin ərazisində olan Şirvani küçəsindəki şəhər kafelərinin birində saxlanılırmış.

Bütün bu müddət ərzində azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edilib. Cinayət əməlləri məhz belə təsnifləşdirilib.

Qeyd edək ki, qız 2015-ci ilin dekabr ayının 26-dan itkin düşmüş hesab edilir. Valideynləri qızlarının harada olduğu barədə məlumatsız idilər. Yalnız yanvar ayının 29-da polislər onu "Azəri" kafesində tapıblar.

Şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib – bu, 1989-cu il təvəllüdlü şəxsdir.

Qeyd edək ki, əməliyyatçılar şübhəli şəxsi saxlayaraq istintaqa təhvil veriblər.

Fakt üzrə araşdırma davam edir.

BAKU.WS