SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qəbələ şəhərində məktəb binasında yanğın baş verib.
 
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, yanğın hadisəsi Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 4080 kv.m olan ikimərtəbəli 3 saylı orta məktəb binasının 2-ci mərtəbəsində qeydə alınıb. Sahəsi 18 kv.m olan sinif otağının döşəməsi 2 kv.m sahədə yanıb.
 
Sinif otağının qalan hissəsi və məktəb binası yanğından mühafizə olunub.
 
Yanğın saat 13:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
BAKU.WS