VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bu gecə 01.00 radələrində azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində iki avtomobilin toqquşması nəticəsində ağır yol-qəza hadisəsi baş verib. Xəsarət alanlardan biri azərbaycanlı olub.


BAKU.WS
-in APA-ya istinadən verdiyi məlumata görə, BMW markalı "AA 154 OA" dövlət nömrə nişanlı "BMW" Marneulinin Rustaveli küçəsində işıqforun qırmızı işığını yüksək sürətlə keçərək CAN 444 nömrə nişanlı "Opel" markalı taksi avtomobilinə, sonra yol kənarındakı ağaca çırpılıb. Yüksək sürətlə gələn  "BMW" avtomobili səki boyu sürüşərək küçədə yerləşən mağazaların qarşısında beton dirəkləri də qıraraq dayanıb. Qəza nəticəsində "BMW" avtomobilinin qabaq hissəsi tamamilə sıradan çıxıb, maşının mühərrik və digər hissələri, həmçinin maşının təkəri, amortizatoru yol boyu səpələnib. Hadisə nəticəsində sürücü və iki sərnişin ciddi yaralanıb.

BMW-də 3 nəfər olub və onların üçünü də təsadüfən yoldan keçən bir maşın xəstəxanaya çatdırıb. "Opel" markalı taksi avtomobilində olan 5 şəxs xəsarət almayıb. "Opel"in sürücüsü Nazim Orucov bildirib ki, onun sərnişinləri xəsarət almayıblar. Onun dediyinə görə, BMW-nin sürəti təxminən 160 km/saat olub.

Hadisə yerinə yol patrul xidməti gəlib, araşdırma aparılır.

BAKU.WS