SİZİN REKLAM BURADA!
055 213 76 73


  

Türkiyənin Hatay şəhərindən Suriyaya keçməyə çalışan 21-dən çox şəxs saxlanılıb. 
 
BAKU.WS-in məlumatına görə, sərhəddə təhlükəsizliyi təmin etmək məqsədi ilə gecə-gündüz mübarizə aparan türk əsgərləri bu ilin əvvəlindən iyul ayının sonuna qədər Türkiyədən Suriyaya keçməyə çalışan onlarla insanları ələ keçirib. 

Sərhədi qeyri-qanuni keçərək terror təşkilatı İŞİD-ə qatılmaq istəyənlər arasında İngiltərə, İraq, Şərqi Türkistan, Çin, Küveyt, Fələstin, Rusiya, İtaliya, Livan, Bolqarıstan və Azərbaycan vətəndaşı olduğu təsbit edilən şəxslər olub. Həmin şəxslər saxlanıldıqdan qısa müddət sonra sərhəddən xaric edilib.
 
Bununla yanaşı, Suriyadan Türkiyəyə keçmək istəyən 150-si türk, 5 min 500 Suriya vətəndaşının ölkəyə qeyri-qanuni girişinin qarşısı alınıb. 
 
ŞAHİN Həbibov 
BAKU.WS