SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun vəfatı ilə əlaqədar başsağlığı verib.

BAKU.WS məlumat verir ki, G.Marqvelaşvili olayla bağlı "bu, həm Azərbaycan, həm də Gürcüstan üçün böyük itkidir" deyib.

Gürcüstan prezidenti mərhum Z.Yaqubun ölkələr arasındakı ədəbi münasibətlərin inkişafında qiymətsiz rolunun olduğunu vurğulayaraq, Azərbaycan xalq şairinin xidmətlərinə görə Gürcüstanın "Şərəf" ordeni ilə təltif edildiyini xatırladıb.

"Əminəm ki, Zəlimxan Yaqubun əziz xatirəsi və yaradıcılığı gələcək nəsillərin qəlbində daim yaşayacaq", - deyə mətbuat xidmətinin məlumatında bildirilir.

Xatırladaq ki, Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqub yanvarın 9-da dünyasını dəyişib.
 
BAKU.WS