SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Sumqayıt şosesində yol-nəqliyyat hadisəsi baş verib. 

BAKU.WS ONA-ya istinadən xəbər verir ki, hadisə şosenin Xırdalan şəhəri ərazisinə düşən hissəsində olub.

“Toyota” markalı avtomobil yolun piyada üçün təyin olunmamış hissəsindən keçən 55 yaşlı Babayev Maisi vurub. Nəticədə kişi yerindəcə keçinib.

İlkin məlumata əsasən, dünyasını dəyişən şəxs yaxınlığda yerləşən şadlıq evindən çıxıb və sərxoş vəziyyətdə olub. 

Hadisə yerinə Abşeron rayonu polis idarəsinin əməkdaşları cəlb olunub. 

BAKU.WS
VİDEO

QALEREYA