VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda polis əməkdaşı xidməti vəzifəsini yerinı yetirərkən xəsarət alıb. 
 
BAKU.WS ONA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə saatlarında şəhərin 34-cü məhəlləsində baş verib.
 
Belə ki, ərazidə xidmət aparan 1990-cı il təvəllüdlü Xəlilov Əmrah Elşən oğlu küçədə 2 nəfərin mübahisə etdiyini görərək onları sakitləşdirməyə çalışıb.

Nəticədə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı tərəflərdən birinin hücumuna məruz qalıb.
 
Çənə nahiyəsindən zədə alan Ə. Xəlilov xəstəxanaya gətirilib və ona yardım göstərilib. O, müayinədən sonra ambulator müalicəyə buraxılıb. 
 
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS