Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) REAL Təhlil və İnformasiya Mərkəzinə ümumrespublika xəbər kanalı kimi müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edib.
BAKU.WS xəbər verir ki, qərar MTRŞ-nın bu gün keçirilən iclasında qəbul edilib.
Beləliklə, MTRŞ Real TV-yə yerüstü yayım üçün lisenziya verib.