SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycana keçirilən külli miqdarda xarici markalı siqaretlər aşkar edilərək götürülüb.


Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıb.


Belə ki, Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən daxil olan əməliyyat məlumatı əsasında Azərbaycan Respublikasının vətəndaşı Mehdiyev Mehman Hüseyn oğlunun idarə etdiyi 90 ZL 285 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi Qazax rayonu ərazisində saxlanılaraq avtomobilə baxış keçirilib. Yoxlama zamanı həmin nəqliyyat vasitəsindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 18000 ədəd xarici markalı siqaretlər aşkar edilərək götürülüb.


Faktla bağlı araşdırma aparılır.

Ziya Babayev
BAKU.WS