VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ata itkin düşən gənc qızının axtarışına başlayıb.

BAKU.WS xəbər verir ki, aprelin 21-də 1969-cu il təvəllüdlü Şahin Rza oğlu Məmmədov bu barədə Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsinə müraciət edib.

O, bildirib ki, aprelin 20-də saat 22:10-da qızı, 2003-cü il təvəllüdlü Fatimə Şahin qızı Məmmədova birgə yaşadıqları Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 52B, mənzil 94-dən çıxıb və bir daha geri qayıtmayıb.

Vətəndaş Şahin Məmmədovun şikayəti əsasında araşdırma aparılır.
BAKU.WS