VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Binəqədi rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS xəbər verir ki, yol qəzası dünən axşam saat 23:15-də qeydə alınıb.

Belə ki, Bakı-Quba-Dağıstan avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən hissədə Müştəba Yufis oğlu Həsənovun idarə etdiyi “VAZ-211” markalı avtomobil yolu keçən piyadanı vurub.

Hadisə nəticəsində kimliyi məlum olmayan 40-45 yaşlı kişi yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS