SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yaralıların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.
BAKU.WS