SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıt Dövlət Universitetinin (SDU) tələbəsi intihar edib.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, aprelin 15-də SDU-nun Fizika fakültəsinin ikinci kurs tələbəsi 1999-cu il təvəllüdlü Elməddin Vüqar oğlu Bəşirov yaşadığı Binə qəsəbəsindəki evdə özünü asaraq intihar edib.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

SDU-dan isə "Report"a bildirilib ki, E.Bəşirov sonuncu dəfə universitetdə aprelin 15-də gəlib.

BAKU.WS