SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəhər sakini, 53 yaşlı Tehran Nəzərov şübhəli şəxs qismində saxlanılıb.

Keçirilmiş tədbirlərin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan 12 ədəd kağız bükümdə 0,297 qram narkotik vasitə hesab edilən heroin, içərisində heroin qalıqları olan 4 ədəd şpris və sellofan torbada ümumi təmiz çəkisi 380 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, onun Şəkidə narkotik maddələrin alverçisi kimi tanıyırlar.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKU.WS