SİZİN REKLAM BURADA!
055 213 76 73



Şimali Qafqazda, Kabardin-Balkar Muxtar Respublikasının Leskensk rayonunda dələduzluğa görə beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı tutulub.

BAKU.WS Virtualaz.org-a istinadla xəbər verir ki, həmin şəxs “Urux” federal nəzarət-buraxılış məntəqəsində əl keçib.

Bu şəxs xüsusilə iri məbləğdə dələduzluğa görə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Onun dələduzluq əməli nəticəsində dəymiş ziyan 284 min dollardan çoxdur. Şəxsin barəsində Azərbaycanda qiyabi olaraq həbs qətimkan tədbiri seçilib.

Leskensk rayon prokurorluğu yerli məhkəməyə bu şəxsin həbs edilməsi barədə vəsadət verib, məhkəmə vəsadəti təmin edib. Hazırda şəxsin barəsində ekstradisiya materialları Kabardin-Balkar prokurorluğuna göndərilmək üçün hazırlanır. Oradan isə materiallar Rusiya Baş Prokurorluğuna göndəriləcək.

Ekstradisiyaya qədər həmin şəxs Kabardin-Balkar təcridxanasında saxlanılacaq.

BAKU.WS