VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


BAKU.WS "report"a istinadən xəbər verir ki, Ziya Bünyadov prospekti ilə hərəkətdə olan "Hyundai Elantra" markalı avtomobil ("99-RX-128" dövlət qeydiyyat nişanlı) qarşıda gedən maşına dəyərək, idarəetmədən çıxıb və yol kənarındakı bordürə çırpılıb.

Nəticədə taksi fəaliyyəti ilə məşğul olan 25 yaşlı sürücü (ad və soyadı hələ ki, məlum deyil) hadisə yerində ölüb. Qəza zamanı maşında yanğın baş verib. Yanğını yoldan keçən hərbçilər söndürüblər.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü yuxulu olub və maşını yüksək sürətlə idarə edib.

Qəza zamanı "Hyundai"dan başqa daha iki maşına ziyan dəyib.

BAKU.WS