VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan təhsil nazirinin sabiq müavini vəfat edib.
 
BAKU.WS Report-a istinadən məlumat verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Materialşünaslıq və Materialların texnologiyası kafedrasının professoru Sənan Mustafayev dünyasını dəyişib. Professorun 87 yaşı var idi. 

Qeyd edək ki, S.Mustafayev 1929-cu ildə İsmayıllıda müəllim ailəsində anadan olub. 1946-cı ildə Tibilisi Dəmir yol Mühəndisləri İnstitutunun Bakı filialına daxil olub, 1951-ci ildə tərkibinə birləşdirilmiş Azərbaycan Politexnik İnstitutu fərqlənmə diplomu ilə bitirərək institutda saxlanılıb, baş lobarant, assistent vəzifəsində işləyib.

1953-cü ildə Azərbaycan Neft və Kimya institutunun aspiranturasına daxil olub və 1956-cı ildə aspiranturanı bitirdikdən sonra assistent, baş müəllim, dosent vəzifələrində çalışıb. 1971-ci ildə professor elmi adını alıb.

S.Mustafayev 1961-1963-cü illərdə Ali və orta ixtisas Təhsil Nazirliyində elm idarəsinin rəisi, 1963-1964-cü illərdə Ali məktəblər idarəsinin rəisi, 1964-1974-cü illərdə nazirin birinci müavini, 1975-ci ildə yeni yaradılmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun rektoru,1978-1983-cü illərdə Əfqanıstanda təhsil məsələləri üzrə müşavirlər qrupunun rəhbəri, 1983-1984-cü illərdə Ali və orta ixtisas Təhsil Nazirinin beynəlxalq əlaqələr üzrə müavini, 1984-cü ildən 2005-ci ilə qədər Azərbaycan Dövlət Neft Akademiyasının "Materialşünaslıq və materialların texnologiyası” kafedrasının müdiri olub. 

Əməkdar elm xadimi fəxri adına layiq görülüb, "Şöhrət” ordeni, SSRİ medalları və Əfqanistanın "Dostluq” ordeni ilə təltif edilib.
 
BAKU.WS