VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiyada 33 yaşlı Azərbaycanlı qadın əri tərəfindən döyülüb. Onun aldığı ağır xəsarətlər sonradan ölümünə səbəb olub.

BAKU.WS ONA-ya istinadla xəbər verir ki, hadisə mart ayının sonlarında Rusiyanın Amur vilayətinin Xabarovsk şəhərində baş verib.

Həmin şəhərdə yaşayan və əslən Masallı rayonunun Xallıcallı kəndindən olan 1986-cı il təvəllüdlü Quliyeva İlahə Balavər qızı həyat yoldaşı Quliyev Nazim Mahmud oğlu tərəfindən döyülərək öldürülüb. Bu baradə, mərhumun qardaşı Zamiq Mirzəyev məlumat verib.
Z.Mirzəyevin sözlərinə görə, bacısı döyüldükdən sonra mart ayının 26-da, ölümündən bir neçə saat əvvəl şəkil çəkdirərək anasına göndərib. Ailəsi İ.Quliyevanın cansız bədənini aprelin 4-də təhvil alib, məhkəmə tibb müayinəsindən sonra isə dünən axşam dəfn ediblər.

Faktla bağlı cinayət işinin başlanıldığı bildirilir.

BAKU.WS