VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sumqayıt sakini ailə üzvlərinin gözü qarşısında özünü yandırıb.

BAKU.WS xəbər verir ki. bu barədə "Ölkə.Az"a şəhər polis idarəsindən məlumat verilib.

Aprelin 2-də, gecə saatlarında 58 yaşlı Dadaşov Kamil İmaməddin oğlu yaşadığı evdə üzərinə benzin tökərək, özünü oda verib.

Bu zaman K.Dadaşovun yaxınları evdə olub. Onlar qorxulu mənzərəni görən kimi dərhal müdaxilə edərək, alovu söndürüblər. Zərərçəkən xəstəxanaya çatdırılıb.

Əldə olunan məlumata görə, K.Dadaşovun bədəninin 70 faizi yanıb, onun sağ qalacağına ümid azdır.
Həmin şəxsin özünü yandıran zaman içkili vəziyyətdə olduğu müəyyən edilib.

K.Dadaşovun yaxınları onun spirtli içki alüdəçisi olduğunu təsdiq edib.

Sumqayıt sakininin həmin gün intihar etməyə çalışdığı güman edilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS