VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda "Baku-Bus" sürücüsünün qəflətən əyləcə basması içəridə bir neçə sərnişinin yıxılmasına səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə martın 28-də "Avtovağzal"dan "Koroğlu" metrostansiyasına hərəkət edən 13 saylı avtobusda baş verib.

Bakı sakin Tələt Rzayev iddia edir ki, hadisə zamanı qardaşı və xalasıoğlu yıxılaraq ciddi xəsarət alıblar.

Ayağı sınmış Taryel Rzayev 1 saylı Şəhər Kliniki Xəstəxanasında əməliyyat edilib və palatada müalicəsi davam etdirilir.

Tələt Rzayev deyir ki, hadisədən sonra hüquq mühafizə orqanlarına müraciət edib. O, qardaşına dəymiş maddi ziyanın günahkar tərəfindən ödənilməsini tələb edir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayev qeyd edib ki, sürücünün qəflətən əyləcə basmasına səbəb qarşısında hərəkət edən minik avtomobili olub.

''Hadisə polis tərəfindən araşdırılır. Araşdırmadan sonra hadisənin kimin günahı ucbatından sonra baş verdiyi məlum olacaq. Məhz bundan sonra vətəndaşa dəymiş ziyan təqsirkar tərəfindən ödəniləcək'' - deyə Mayis Ağayev qeyd edib.

O əlavə edib ki, vətəndaş bu məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə rəsmi qaydada müraciət etməlidir.

BAKU.WS