SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gecə Bakı şəhərinin Nərimanov rayonunda gənc oğlanla qızın meyiti tapılıb.

BAKU.WS
-in məlumatına görə, saat 02 radələrində Oqtay Şamilzadə küçəsində hündürmərtəbəli binanın qarşısında "Lexus" markalı avtomobilin içində gənc oğlanla qız tapılıb.

Onların ikisi də huşsuz vəziyyətdə olublar. Hadisə şahidləri ilk öncə elə biliblər ki, hər iki şəxs dünyasını dəyişib.

Hadisə yerinə polis və təcili yardım çağırılıb. Lakin məlum olub ki, oğlan ölüb, qızın isə nəbzi vururmuş. Təcili olaraq qızı xəstəxanaya yerləşdiriblər.

Araşdırmalar zamanı məlum olub ki, dünyasını dəyişən 1993-cü il təvəllüdlü Yusif Tofiq oğlu Yusiflidir. Qız isə 1995-ci il təvəllüdlü Röyanə Tağıyevadır.


Hələlik hadisənin intihar, yaxud bədbəxt hadisə olması dəqqi bilinmir. Dəqiq məlumatlar araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Ziya Səccad