SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin Sakarya şəhərində polis insan alverinə qarşı əməliyyat keçirib.

BAKU.WS Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sakaryanın Karasu ərazisində fahişəlik edən və fahişəliyə cəlb edən şəxslər ələ keçirilib.

Polis əməkdaşları təqib edilən şəxslərin kod sözlərlə danışdığını müəyyən edib. Fahişələrin ərazidən qaçdığını nəzərə alan polis dronlardan istifadə edib. Bütün əməliyyata nəzarət edən polis əməkdaşları 2 azərbaycanlı, 1 özbək, 3 türk fahişəni saxlayıb.

Xarici ölkə vətəndaşları olan qadınlar deportasiya edilib.

Südabə
BAKU.WS