SİZİN REKLAM BURADA!
055 213 76 73



Beyləqanda ağır yol qəzası baş verib.

BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, Beyləqan şəhərinin girişinin yaxınlığında sürücünün idarə etdiyi “Nissan Teana” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Avtomobil daha sonra yolun kənarındakı su kanalına düşüb.

Hadisə zamanı xəsarət alan sürücünü yoldan keçənlər çıxararaq xəstəxanaya aparıb. Avtomobilin kanaldan çıxarılması üçün əraziyə kran cəlb edilib.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.

BAKU.WS