VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Həbsdə olan “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə telefon keçirməyə cəhd edib.

"Report" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidməti (PX) məlumat yayıb.

Bildirilib ki, hazırda Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkum T.Bağırovun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Bakı şəhər sakini L.İsmayılzadə tərəfindən gətirilən sovqata və əşyalarına baxış keçirilib. Baxış zamanı uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.

Xatırladaq ki, T.Bağırov və digərləri 2015-ci il noyabrın 26-da Nardaran hadisələrinə görə həbs olunub və 18 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS