SİZİN REKLAM BURADA!
055 213 76 73




Goranboyda minik maşını yük maşını ilə toqquşub. 

BAKU.WS
  ONA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Borsunlu kəndi yaxınlığında baş verib.

Qəzadan sonra yanğın baş verib. Yanğın nəticəsində "Ford" markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Zəminə Mustafayeva və bir sərnişin köməksiz vəziyyətdə qaldığından dünyasını dəyişib.

Dünyasını dəyişən sərnişinin şəxsiyyəti isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS