SİZİN REKLAM BURADA!
055 213 76 73



Göyçay rayonunda yerli sakinin başına ağac budağı düşüb.


BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin mərkəzi N.Nərimanov küçəsində baş verib.

1996-cı il təvəllüdlü şəhər sakini Akif Kərimov yol kənarındakı piyada zolağı ilə gedərkən irigövdəli çinar ağacının qurumuş budaqlarından biri qoparaq onun başına düşüb.

Ağır kəllə-beyin travması alaraq huşunu itirən A.Kərimov ətrafdakıların köməkliyilə dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS