SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda baş verən yanğın nəticəsində 62 yaşlı qadın yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) BAKU.WS-ə verilən məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində əşyalar yanıb.

Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Malaxova Elmira İdris qızının meyiti aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

BAKU.WS