SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabirabad sakini müəmmalı şəkildə vəfat edib.

BAKU.WS publika.az-a istinadla xəbər verir ki, rayon sakini, 1982-ci il təvəllüdlü Feyruz Mikayılov ağır vəziyyətdə Bakıya gətirilərkən yolda vəfat edib. 37 yaşlı Feyruzu Bakıdakı xəstəxanaya gətirən avtomobil Qaradağ rayonu ərazisində olarkən o, keçinib.

Yaxınlarının bildirdiyinə görə, F.Mikayılovda ağciyər çatışmazlığı olub.

O, rayon ərazisində kafe biznesi ilə məşğul imiş.

BAKU.WS