SİZİN REKLAM BURADA!
055 213 76 73



Martın 6-da Bakıdan Moskvaya gedən mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində ağır yaralanan azərbaycanlıdan xəbər var.

BAKU.WS-in məlumatına görə, qəza zamanı ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən Azərbaycan vətəndaşı, Ağcabədi rayonunun Qaradolaq kənd sakini, 1988-ci il təvəllüdlü Şirinov Xəyal Hamlet oğlunun müalicəsi davam edir.

Onun vəziyyətinin ağır olduğu və hələlik komadan ayılmadığı bildirilir.

Xatırladaq ki. mikroavtobus səhərə yaxın - saat 06.30 radələrində “Qafqaz” federal şossesində, Nevinnomısk şəhəri yaxınlığında “QAZ 66” markalı yük avtomobili ilə toqquşub. Nəticədə avtobusda olan Azərbaycan vətəndaşlarından 6 nəfər həlak olmuş, 3 nəfər isə ağır yaralanmışdı.

BAKU.WS