SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda kişiləri aldadan qadın saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini K.İbişov cari il fevral ayının 25-də Neftçala rayon sakini S.Panəliyeva tərəfindən aldadılaraq 20 manatının alınmasını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmışdır. Dələduzluq etməkdə şübhəli bilinən S.Panəliyeva polis əməkdaşları tərəfindən saxlanılmış və o, törətdiyi əməli etiraf edib.

Polis əməkdaşları tərəfindən onun digər analoji əməllərinin də üstü açılmışdır. Belə ki, S.Panəliyevanın işə düzəltmək adı ilə 50-yə yaxın vətəndaşı aldadaraq hər birindən 20 manat pul alması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS