SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Bakının Nərimanov rayonunda maraqlı hadisə baş verib.


Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilir ki, “Gənclik” metrostansiyası yaxınlığında yaşayış evlərinin birindən qatı tüstü görünüb. Qonşular elə biliblər ki, ev yanır. Qorxuya düşən qonşular yanğınsöndürən çağırıblar.

Dərhal hadisə yerinə yanğınsöndürən cəlb olunub. Yanğınsöndürənlər gələndə görüblər ki, əslində binanın 5-ci mərtəbəsində yaşayan ailə balkonda kabab bişirirmiş.

Hadisənin görüntülərini təqdim edirik:

Ziya SƏCCAD
BAKU.WS