SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saatlarında Bakının Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən "Vətən" idman klubunun yataqxanasında yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə məlumat verilib Verilən məlumata görə, hadisə yerinə 4 yanğınsöndürən maşın, yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Müəyyən olunub ki, məktəbin idman zalının dam örtüyü yanır.

Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb

Ziya SƏCCAD
BAKU.WS