SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıtda marşrut avtobusunun minik avtomobili ilə toqquşması ilə bağlı cinayət işi başlanıb.

BAKU.WS xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, fevralın 21-də hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.

Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.

Hadisə nəticəsində 42 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

BAKU.WS