SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Bakıda quldurluq hadisəsi baş verib.


BAKU.WS xəbər verir ki, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 19/87 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Rahim Müzəffər oğlu Quliyev polisə şikayət edib.

O, Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsinə müraciət edərək bildirib ki, yaşadığı 10 mərtəbəli binanın 1-ci girişinin liftinin qarşısında olarkən, arxa tərəfdən ona yaxınlaşıb, yumruq ilə bir zərbə vurub.

Həmin şəxs onun əynində olan qara rəngli gödəkcənin iç cibindən 17000 manat pulunu götürüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Ziya SƏCCAD
BAKU.WS