055 213 76 73
Bakı-Sumqayıt yolu üzərində yerləşən məşhur “Pəhləvan” kafesinə polis basqını olub.
BAKU.WS “BakuPost”a istinadən xəbər verir ki, ötən həftə sonu həyata keçirilən əməliyyat zamanı xeyli şəxs saxlanılıb.
Əməliyyat zamanı kafedə işləyən 51 qadın hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və tibbi müayinədən keçirilmək üçün dəri zöhrəvi xəstəlikləri üzrə ixtisaslaşmış müvafiq qurumlara göndərilib.
Məlumata görə, əməliyyata səbəb də burada müxtəlif xəstəliklərin daşıyıcısı olan qadınların seks işçisi kimi çalışdığının ortaya çıxmasıdır.