SİZİN REKLAM BURADA!
055 213 76 73



Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.

BAKU.WS
 report-a istinadən Qərb bürosunun məlumatına görə, rayon sakinləri olan 16 yaşlı iki gənc alkoqollu içkidən zəhərlənib.

Onlardan biri içkinin təsirindən bir müddət şoka düşüb. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, hər iki gənc məktəblidir və eyni sinifdə oxuyurlar. Məktəblilərin zəhərlənmələrinə səbəb isə alkoqollu içkini normadan artıq qəbul etmələri olub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS