SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda seksual manyak tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, əməliyyat Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat zamanı Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə axtarışda olan şəxsi saxlayıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda bir neçə qadına qarşı seksual xarakterli hərəkətlər etmiş Cavanşir Hüseynov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS