SİZİN REKLAM BURADA!
055 213 76 73



Balakən rayonunda yol qəzası baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistiral yolunun rayonun “Beş bulaq” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü Başar Saminin idarə etdiyi TIR ilə Balakən rayonunun Puştətala kənd sakini, 1986-cı il təvəllüdlü Samir Nurəddin oğlu Alqayevin idarə etdiyi “Toyota RAV4” markalı minik avtomobili toqquşub.

Nəticədə S.Alqayev hadisə yerində ölüb. B.Saminə isə Balakən Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS