SİZİN REKLAM BURADA!
055 213 76 73




Türk dünyasının tanınmış sənətçisi, məşhur “Ya Qarabağ, ya ölüm!” şeirinin müəllifi Ozan Arif vəfat edib.

BAKU.WS
  Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun zamandır qırtlaq xərcəngi xəstəliyindən əziyyət çəkən milliyətçi şair ömrünün 69-cu ilində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, O.Arif 1949-cu il iyulun 10-da Türkiyənin Giresun əyalətinin Alucra rayonunun Yüksələn kəndində anadan olub.  24 sentyabr 1980-ci ildən 5 noyabr 1991-ci ilədək Almaniyada yaşayıb.

Milliyətçi şair Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, Dağlıq Qarabağın və ətraf rayonların işğalına biganə qalmamışdı.

Onun ölümü milliyətçiləri çox sarsıdıb.

Allah rəhmət etsin!

Zülfiyyə Qurbanova
BAKU.WS