VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Balakən sakininin evindən 49 min ABŞ dollarını oğurlayan şəxs və yaxud şəxslər yarım aydan sonra oğurladıqları pulları geri qaytarıblar.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə yanvar ayının 25-i rayonun Qullar kəndində baş verib.

Rayonun Qullar kənd sakini Sabir Telliyev rayon polis şöbəsinə müraciət edərək yanvarın 25-də evindən 49 min dollar və qızıl zinət əşyalarının oğurlandığını bildirib. Ancaq 13 gun sonra maraqlı bir hadisə yaşanıb. Fevralın 7-də axşam saatlarında Sabir Telliyevin evinin pəncərəsindən içəri torba atılıb.

Evə atılan torbanın içərisində oğurlanan pullar və bir məktub olub. Məktubda yazılanlar isə eşidənləri heyrətləndirir. Belə ki, məktubda oğru öz əməlindən peşman olduğunu çox səmimi şəkildə etiraf edib.

Oğrunun peşman olub pulları geri qaytarması hadisəni eşidənlərin böyük marağına səbəb olub. Balakən rayon polis şöbəsində isə pulları oğurlayan şəxs və ya şəxslərin müəyyən olunması üçün əməliyyat-axtarışlarını davam etdirir.

BAKU.WS