SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Bakının Binəqədi rayonunda ailə dramı baş verib.


BAKU.WS xəbər verir ki, hadisə dünən saat 13 radələrində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, 1970-ci il təvəllüdlü Tufan Baba oğlu Qurbanov arvadı 1979-cu il təvəllüdlü Lalə Həsən qızı Qurbanovanın boğazını kəsib.

Hadisəni törədən şəxsi Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşları tutublar.

Araşdırmalar zamanı məlum olub ki, kişi arvadını qısqanclıq zəmnində qətlə yetirib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS