SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gecə saat 03:00 radələrində paytaxtın Qara Qarayev metrosu yaxınlığında yerləşən dönər evlərinin birində 21 yaşlı gənc özünü doğrayıb.

BAKU.WS
  oxu.az-ın məlumatına görə, Lənkəran sakini, 1997-ci il təvəllüdlü Əliyev Mirsəməd Loğman oğlu bir günlük Bakıya qonaq gəlib.

M.Əliyev dönərxanaların birində münaqişə yaşayıb. Nəticədə sol qolunu doğrayıb.

Çoxlu qan itirən M. Əliyev Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Yaralıya tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS